Bir vəfatın kədəri

0
9

Kənan Novruzov

Eşidəndə inanmadım,
Tutuldum, ağlamadım,
Sadəcə bir az kədərli,
Bir az qəmli dilləndim:
“İndi o cənnətdədir
Yəqin ki, bizə baxır
Yənə həmişəki kimi
Nəzarətdə saxlayır.”
Bir gün əvvəl zəng etdi,
“Məni bağışla” dedi
Səhəri gün zəngimə
Heç cavab da vermədi.
50 təzə olmuşdu
Yeni yaşa dolmuşdu
Yaxşı məclis keçirib
Hər kəsi də yığmışdı.
Çoxları ilə son dəfə
O məclisdə görüşdü
Neçə saatdan sonra
Hamıya “sağ ol” deyib
Öz evinə yollandı.
Sonra mən də görmədim
Ancaq onunla hər gün
Telefonla danışıb
Sözlərini eşitdim.
Son dəfə zəng edəndə
Səsinə həsrət qaldım
Nə bir mesaj yazdı,
Nə də geri zəng etdi.
Sən demə, həmin vaxt o
Əcəllə boğuşurdu,
Bu dünyadan getməkçün
Harasa tələsirdi.
Tələsirdi həkimə
Axtarırdı bir əlac
Tapılmadı bir çarə
Kişi qaldı naəlac.
Heç kim heç nə bilmədi,
Gizli tutdu kədəri
O öləndən sonra da
Yenə dəydi köməyi.
Çoxlarının qəlbində
Taxt qurmuşdu bir zaman
Yüzünün yaddaşında
Qalacaq o hər zaman.