Son mesaj

0
30

Kənan Novruzov

Oturub otağımda
Guya yazı yazırdım
Qəfil bir mesaj gəldi:
“Daha, sağ ol, əlvida!”

Heç bilmədim nə edim,
Dostlarına zəng edim
Ya özü ilə son dəfə
Telefonda danışım?

Əllərim titrəyərək
Bir az da həyəcanla
Zəng etdim nömrəsinə
Yaxın rəfiqəsinin.

Məlum oldu, lap çoxdan
O nömrəmi silibmiş
Yaramı göynətməkcun
İndi belə edibmiş.

Ancaq heç inanmıram
Əlbət, səbəb başqadır,
Görən, səbəbi nədir?
İndiki bu mesajın?

Bundan sonra, bəlkə də,
Məni heç xatırlamaz
Yaşatdığı günləri
Bircə dəfə də anmaz.

Təzə tanış olanda
Bircə şəkil çəkmişdik
Görəsən, saxlayirmi
Lap əziz xatirəni?

Möhkəmcə saxlamışam
Telefonu əlimdə
Möcüzə gözləyirəm,
İndi əsil möcüzə.

Zəng edib kaş deyə ki,
Sözü səhvən yazmışam.
Ona dediklərimi,
Çaşıb sənə demişəm.

Tutaq ki, qız səhv edib
Bəs Tanrıya nə olub
Niyə məni sınayır
Onla sınağa çəkir?

İşim yaman qəlizdir
Qələm də əldə əsir
İş o yerə çatıb ki,
O da məndən inciyir.